Bakıda saxta diplom satan alim həbsdə öldü

15:11 - 14 Fevral 2022

Bakıda saxta diplom satan alim həbsdə öldü

Bakıda həbsxanada daha bir məhkum ölüb.

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb. Orada cəza çəkən məhkum Mehralı Yusifov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, M. Yusifov alimlik dərəcəsi almış təhsil işçisi olub.

O, 2019-2020-ci illərdə saxta diplomların satılması faktı ilə əlaqədar həbs edilmişdi.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az