Üç avtomobildən 14 min manatdan çox pul oğurlanıb

17:15 - 15 Fevral 2022

Üç avtomobildən 14 min manatdan çox pul oğurlanıb

Abşeronda 1 evdən və 3 avtomobildən oğurluq edilib.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Manset.az-a verilən xəbərə görə, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisindəki evdən 820 manatlıq qızıl-zinət əşyaları, avtomobillərdən isə ümumilikdə 14.500 manat pul oğurlandığı məlum olub.

Keçirilən əməliyyat tədbirləri ilə oğurluqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş S.Mirzəyev saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az