Şirvan sakini həbsdəki oğluna qəndin içində narkotik keçirmək istəyib

10:04 - 16 Fevral 2022

Şirvan sakini həbsdəki oğluna qəndin içində narkotik keçirmək istəyib

Penitensiar xidmətin (PX) əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində İxtisaslaşdırılmış müalicə müəssisəsinə psixotrop maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Xidmətdən Manset.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda İxtisaslaşdırılmış müalicə müəssisəsində saxlanılan şəxs Cavidan Əhmədağa oğlu İbişova atası Şirvan şəhər sakini Əhmədağa Böyükağa oğlu İbişov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan qəndin içərisində toz şəklində gizlədilmiş ümumi çəkisi 3,850 qram olan psixotrop maddə - Preqabalin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az