Bakıda mənzildən meyit tapıldı

17:54 - 16 Fevral 2022

Bakıda mənzildən meyit tapıldı

Bakının Xətai rayonunda mənzildən meyit tapılıb. 

 

Manset.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat verib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub.

FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1978-ci il təvəllüdlü Qasımov Vüsal Vaqif oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az