Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbəsi dünyasını dəyişib.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, universitetin Magistratura və Doktorantura şöbəsinin Davamlı təhsil və innovasiyalar bölməsində təkrar ali təhsil alan Sevda Yusubova 34 yaşında vəfat edib.
Mərhumun onkoloji xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.