Azərbaycanda arvad ərini bıçaqladı

10:42 - 16 Aprel 2022

Azərbaycanda arvad ərini bıçaqladı

Zaqatalada arvad ərini bıçaqlayıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki,  hadisə rayonun Qandax kəndində baş verib.

Kənd sakini 31 yaşlı Səməd Qurbanovla həyat yoldaşı Səma Qurbanova arasında şəxsi münasibətlər zəminində mübahisə baş verib.

Mübahisə zamanı S.Qurbanova kəsici alətlə həyat yoldaşı S.Qurbanovun qoluna xəsarət yetirib.

S.Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasında lazımi ilkin yardım göstərildikdən sonra xəsarəti yüngül olduğundan ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az