Bu gün Yevlax rayonunda ağır yol qəzası baş verib.
Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı-Qazax avtomobil yolunun Yevlaxdan keçən hissəsində “Vaz 2107” markalı avtomobil Yuxarı Qarabağ kanalına düşüb. Belə ki, idarəetmədən çıxan avtomobil körpüdən su kanalına aşıb.
İlkin məlumata görə, sürücü suda batıb. Atomobildə digər şəxs və ya şəxslərin olması dəqiq bilinmir.
Ərazidə axtarışlara başlanılıb.
Əlavə məlumat veriləcək.