Gəncədə ər və arvad dəm qazından zəhərləndi

09:04 - 18 Aprel 2022

Gəncədə ər və arvad dəm qazından zəhərləndi

Gəncədə zəhərlənmə qeydə alınıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivində baş verib.

1984-cü il təvəllüdlü Səbuhi Həsənzadə və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Güləndər Həsənzadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər iki xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, ər və arvad yaşadıqları evdə dəm qazından zəhərləniblər.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az