Kişi keçmiş arvadını öldürüb İNTİHAR ETDİ

15:17 - 19 Aprel 2022

Kişi keçmiş arvadını öldürüb İNTİHAR ETDİ

Qubada qətl hadisəsi baş verib.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb.

Kənd sakini Xudamov İlham Əziz oğlu keçmiş həyat yoldaşı Xudamova Sara Şair qızını qətlə yetirilib. Daha sonra o, damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Birgə nikahdan onların 3 övladı var.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az