Qaradağ rayonunda 2 nəfərin bıçaqlanması ilə nəticələnən insident olub.
Manset.az Qafqazinfi-ya istinadən xəbər verir ki, Bakı-Qazax magistral yolunun 14-cü kimoletrliyində bir qrup şəxs arasında baş vermiş münaqişə zamanı 1968-ci il təvəllüdlü Əmrah Kərimov və 1988-ci il təvəllüdlü Orxan Kərimov bıçaqlanıb. Döş qəfəsi nahiyəsindən ağır xəsarət almış şəxslər xəstəxanaya yerləşdirilib.
İlkin araşdırmalardan sonra həmin şəxslərin 1987-ci il təvəllüdlü Tariyel Vəliyev tərəfindən bıçaqlanması müəyyən edilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.