Mingəçevirdə məktəbdə ŞOK HADİSƏ: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı

19:34 - 22 Aprel 2022

Mingəçevirdə məktəbdə ŞOK HADİSƏ: 10-na yaxın şagird xəstəxanaya çatdırıldı

Mingəçevirdə məktəbdə qəfil halı pisləşən 10-na yaxın şagird təcili xəstəxanaya aparılıb.

Manşet.az xəbər verir ki, hadisə 3 saylı orta məktəbdə baş verib.

İlkin məlumata görə, 6-ci sinif şagirdəri arasında dərs zamanı qəfil narahatlıq yaşanıb. Uşaqlarda halsızlıq, bəzilərində isə qusma halları müşahidə olunub.

Hadisənin nədən qaynaqlandığı məlum deyil.

Uşaqlara göstərilən ilkin tibbi yardım sayəsində onların durumu stabilləşib.

Faktla bağlı araşdırma aparılır./Bizim.Media/


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az