Bakıda telefonu oğurlanan şəxsi maşınla sürüdülər

10:34 - 23 Aprel 2022

Bakıda telefonu oğurlanan şəxsi maşınla sürüdülər

Bakıda soyğunçuluq edən şəxs saxlanılıb.

 

DİN-in Mətbuat xidmətindən Manset.az-a verilən məlumata görə, polisə aprelin 22-də Q.Qarayev prospektində paytaxt sakini O.Həsənovun mobil telefonunu alan şəxsin “Hyundai” markalı avtomobili ilə qaçarkən onu sürüməsi barədə məlumat daxil olub.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elmir Mehdiyev müəyyən edilərək saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az