Azərbaycanda "07" piyadanı vurub öldürdü

13:29 - 25 Aprel 2022

Azərbaycanda \"07\" piyadanı vurub öldürdü

Abşeron rayonunda avtomobil piyadanı vuraraq öldürüb.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisə aprelin 23-də saat 7 radələrində rayonun Sulutəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini O.İsmayılov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən Hacıqabul rayon sakini Adil Hüseynovu vurmuş və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az