Sosial şəbəkənin erməni seqmentində Xankəndi ilə bağlı informasiya sürətlə yayılır.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, separatçıların adından yayılan məlumatda Xankəndi şəhərinin əhalisinə xəbərdarlıq edilir. Bildirilir ki, buradakı ermənilər aprelin 30-na qədər təxliyə olunacaqlar.
Sözügedən informasiya sosial şəbəkənin erməni seqmentində şok effekti yaradıb və böyük təşvişə səbəb olub.