Polad Bülbüloğlu Bakıda qəza törədib? - YENİLƏNDİ + VİDEO

17:20 - 25 Aprel 2022

Polad Bülbüloğlu Bakıda qəza törədib? - YENİLƏNDİ + VİDEO

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun Bakıda qəza törətməsinə münasibət bildirib.

 

Manset.az xəbər verir ki, idarənin baş inspektoru, polis mayoru Araz Əsgərli “oxu.az”a açıqlamasında bildirib ki, qeyd olunan hadisə ilə bağlı quruma sürücülər tərəfindən məlumat verilməyib:

“Hadisə zamanı heç bir avtomobilə ciddi ziyan dəyməyib. Onlar öz aralarında razılaşıblar. Bu vəziyyətdə inzibati xəta tərkibi yaradan hal isə yalnız 327.1-ci (ara məsafəsinin gözlənilməməsi) maddənin tələbinin pozulmasıdır”.

“Qəza zamanı maddi ziyan yoxdursa, tərəflər öz aralarında razılaşıblarsa, burada əlavə qanun pozuntusundan söhbət gedə bilməz”, - deyə o qeyd edib.

 

16:27

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Bakıda qəza törədib. 

 

Manset.az-ın oxu.az-a istinadən verdiyi məlumata görə, P.Bülbüloğlu idarə etdiyi BMW markalı, diplomatik nömrəli avtomobili eyni istiqamətdə hərəkət edən, taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı maşına arxadan vurub. 

Qəza Səbail rayonu Xəqani küçəsində baş verib. 

Hadisə nəticəsində avtomobillərə cüzi maddi ziyan dəyib.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az