Bakıda motosikletçi qəza törətdi - yaralılar var (VİDEO)

09:40 - 30 Aprel 2022

Bakıda motosikletçi qəza törətdi - yaralılar var (VİDEO)

Bakıda 25 yaşlı motosikletçi qəza törədib.

 

Manset.az “report”a istinadən xəbər verir ki, hadisə Xətai rayonu, Bakı metropoliteninin "Həzi Aslanov" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, 1997-ci il təvəllüdlü Rəhimov Elmin Elman oğlu idarə etdiyi motosikletlə 1956-cı il təvəllüdlü Əhmədova İradə Rafiq qızını vurub.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı E.Rəhimova alın və sol almacıq nahiyəsinin əzilməsi, piyada İ.Əhmədovaya isə açıq kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırmalara başlanılıb. Aparıcı Aytən Səfərova baş verən hadisənin videosunu yayımlayıb.

Həmin görüntüləri təqdim edirik:


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az