Kanalında batan gəncin meyiti TAPILDI

19:59 - 30 Aprel 2022

Kanalında batan gəncin meyiti TAPILDI

Aprelin 15-də Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2003-cü il təvəllüdlü Əhmədov Allahverdi Zalış oğlunun axtarışları başa çatıb.

Bu barədə Manşet.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

A.Əhmədovun meyiti kanalın Mingəçevir şəhəri ərazisindən keçən hissəsində (batdığı yerdən təqribən 1 km aralı) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az