Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı

09:03 - 03 May 2022

Yeniyetmə 31 yaşlı ögey atasını bıçaqladı

Sabirabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Nizami kəndində yetkinlik yaşına çatmayan Sübhan Babayev (Ad-soyad şərtidir – red.) ögey atası, 1991-ci il təvəllüdlü Adəm Məmmədovu bıçaqlayıb.

31 yaşlı şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb.

Hadisəni törədən yeniyetmə ilkin ifadəsində bildirib ki, atalığı onun bacısının qızına xoşagəlməz söz dediyinə görə bıçaqlayıb. Araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az