Bakıda ad günü olan məktəbli qız özünü binadan ataraq kişinin başına düşdü - YENİLƏNDİ + ANBAAN VİDEO

15:28 - 03 May 2022

Bakıda ad günü olan məktəbli qız özünü binadan ataraq kişinin başına düşdü - YENİLƏNDİ + ANBAAN VİDEO

Bakıda məktəbli qızın intihar etməsinin görüntüləri yayılıb. 

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə yaxınlıqdakı obyektin təhlükəsizlik kamerasına əks olunub. 

Videoda 2005-ci il təvəllüdlü Xumar Babayevanın binadan özünü atması və aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üzərinə düşməsi görünür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, binanın qarşısında dayanan Z.Niyazov qızın intihar etdiyini görüb, onu tutmağa çalışıb, ancaq buna nail ola bilməyib və özü də hadisə zamanı ağır xəsarət alıb. 

14:32

Bakının Xətai rayonunda məktəbli qız intiharı ilə bağlı yeni məlumatlar üzə çıxıb. 

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, binadan özünü atan 2005-ci il təvəllüdlü Xumar Babayevadır.

O, özünü yaşadığı binanın 7-ci mərtəbəsindən atan zaman aşağıda dayanmış 1984-cü il təvəllüdlü Zahid Niyazovun üstünə düşüb. 

Qeyd edək ki, ötən gün Xumarın doğum günü olub.

13:16

Bakıda məktəbli intihar edib. 

 

Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, Qədir Məmmədov küçəsində qeydə alınıb. 

İlkin məlumata görə, 11-ci sinifdə oxuyan qız özünü binadan atıb. Nəticədə o yol keçən kişinin üstünə düşüb. Qızın öldüyü, kişinin isə vəziyyətinin ağır olduğu bildirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az