Qəzadan 10 gün sonra xəstəxanada öldü

15:12 - 03 May 2022

Qəzadan 10 gün sonra xəstəxanada öldü

10 gün əvvəl Bakıda baş vermiş yol qəzasında xəsarət alan motosikletçi vəfat edib.

 

Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, Tbilisi prospekti ilə Bakıxanov küçəsinin kəsişməsindəki dairədə (körpünün altında) “Mitsubishi Pajero”ya çırpılan “Bajaj Avenger 220CC” markalı motosikletin sürücüsü Kamran Əliyev yerləşdirildiyi xəstəxanada vəfat edib. Qapalı kəllə beyin travması alan motosikletçi bir neçə gün davam edən tibbi müdaxilələrə baxmayaraq, dünyasını dəyişib.

Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az