Şəmkirdə avtomobil obyektə çırpılıb- Ölən və xəsarət alan var

18:39 - 03 May 2022

Şəmkirdə avtomobil obyektə çırpılıb- Ölən və xəsarət alan var

Şəmkir rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az report-a istinadən xəbər verir ki, hadisə Seyfəli kəndində qeydə alınıb.

"Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı obyektə çırpılması nəticəsində Seyfəli kənd sakini, 1986-cı il təvəllüdlü Nəzarət Əliyev və həmkəndlisi, 1997-ci il təvəllüdlü Elmar Mustafayev ağır xəsarət alıb.

Yaralıların hər ikisi xəstəxanaya çatıdırılıb. Lakin N.Əliyevin dünyasını dəyişdiyi məlum olub. E.Mustafayevin vəziyyəti isə ağır olaraq qalır.

Faktla bağlı araşdırmalara başlanılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az