Sumqayıt şəhərinin Corat qəsəbəsində bir nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Manset.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.
Onlar evin giriş qapısını açıb və orada aşkarlanan 1959-cu il təvəllüdlü Məhərrəmov Məhərrəm Cahangir oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.