Gədəbəy rayonunda örüşdə çoban meyiti aşkar edilib.
Manset.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəhmət kəndində baş verib. Kənd sakini, 1971-ci il təvəllüdlü Ziyad Rzayevin mal-qaranı otardığı ərazidə meyiti tapılıb. Bu barədə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. İlkin müayinə zamanı meyitin üzərində hər hansı zorakılıq əlaməti aşkar edilməyib.
Faktla bağlı Gədəbəy rayon Prokurorluğunda araşdırma aparılır, ekspertizalar təyin edilib.