Ağstafa rayonunda qatar gənc oğlanı vuraraq öldürüb.
Manset.az report-a istinadən xəbər verir ki, hadisə Köçəsgər kəndində qeydə alınıb.
Kənd sakini, 28 yaşlı Vüsal Kamal oğlu Qocayevi yük qatarı vurub. O, aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırmalara başlanılıb.