Azərbaycanlılar da olduğu gəmidəki yanğın söndürüldü: Ölən var - YENİLƏNDİ

19:24 - 10 May 2022

Azərbaycanlılar da olduğu gəmidəki yanğın söndürüldü: Ölən var - YENİLƏNDİ

Krasnodar diyarının Temryuk limanı yaxınlığında gəmidə baş verən yanğın söndürülüb.

Manşet.az xəbər verir ki, Cənub Federal Dairəsinin fövqəladə hallar xidmətindən bildirilib ki, insident nəticəsində bir nəfər ölüb.

Yanğının ekipaj tərəfindən söndürüldüyü qeyd olunub.

***

Azov dənizindəki Temryuk limanının sularında quru yük gəmisində yanğın baş verib.

Manşet.az xəbər verir ki, bu barədə “İnterfaks”a liman xidmətlərindəki mənbə bildirib.

Zərərçəkənlərin olub-olmaması barədə məlumat verilmir.

Türkiyəyə məxsus “Aqua” karqo gəmisində Hindistan, Azərbaycan və Türkiyədən olan 13 nəfər var.

İlkin məlumatlara görə, təyyarədə taxıl bitkiləri yükü olub. Yük gəmisi Vanuatu bayrağı altında üzüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az