Ağdaşda 3 yaşlı uşağı ilan sancdı - FOTO

10:47 - 17 May 2022

Ağdaşda 3 yaşlı uşağı ilan sancdı - FOTO

Ağdaş rayonunda 3 yaşlı uşağı ilan sancıb.

 

Bu barədə Manset.az-a Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

O qeyd edib ki, hadisə rayon ərazisindəki taxıl sahələrinin birində baş verib. 2019-cu il təvəllüdlü Emin Niftəliyev bacısı ilə taxıl sahəsində oynayarkən onu qəfil ilan sancıb.

3 yaşlı körpə valideynlərinin köməyi ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına, oradan isə ağır vəziyyətdə Bakıya Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyi nəticəsində uşağın həyatı xilas edilib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az