Göygöldə maşın aşdı: Yaralananlar var

21:58 - 19 May 2022

Göygöldə maşın aşdı: Yaralananlar var

Göygöldə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Manşet.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" minik avtomobilinin sürücüsü idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Qəza zamanı 2003-cü il təvəllüdlü Qurbanov Rasim və daha bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az