İt 3 yaşlı uşağa ağır xəsarət yetirdi

15:41 - 22 May 2022

İt 3 yaşlı uşağa ağır xəsarət yetirdi

Zaqatalada it 3 yaşlı uşağa ağır xəsarət yetirib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Bəhmətli kəndində baş verib.

Belə ki, kənd sakini, 2019-cu il təvəllüdlü Qurbanov Adəm Cəlil oğlu sol göz nahiyəsinin və çənənin açıq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı 3  yaşlı Adəm Qurbanova səhər saatlarında yaşadığı ünvanda öz həyətlərindəki itin qəfildən hucum edərək xəsarət yetirdiyi məlum olub.

Ona lazımı tibbi yardım göstərilib, quduzluğa qarşı  peyvənd vurulduqdan sonra evə buraxılıb. Lakin uşağın müalicəsi üçün Bakı şəhərinə aparılaraq daha yüksək ixtisaslı həkimə müraciət etmələri məsləhət görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az