Çay evində bıçaqlanma

14:12 - 15 İyun 2022

Çay evində bıçaqlanma

İsmayıllı rayon sakini həmkəndlisi tərəfindən bıçaqlanıb.

 

Manset.az APA-ya istinadən xəbər verir ki, rayonun Kürdmaşı kənd sakini, 2003-cü il təvəllüdlü Abbasov Rövşən Elşən oğlu çay evində olarkən şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı həmkəndlisi, 1999-cu il təvəllüdlü Məmmədov Anar Arzu oğluna bıçaqla iki dəfə xəsarət yetirib.

Hadisəni törədən Rövşən Abbasov həmkəndlisi Hüseyn adlı şəxsin "Ford" markalı avtomobili ilə hadisə yerindən qaçıb. O, Diyallı kəndi ərazisində avtomobili yolun kənarında saxlayaraq piyada qaçarkən polis əməkdaşları tərəfindən saxlanılıb. Yaralı Anar Məmmədov təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az