Avtomobili ağaca çırpdı - atası öldü

10:21 - 16 İyun 2022

Avtomobili ağaca çırpdı - atası öldü

Qəbələdə avtomobil ağaca çırpılıb, ata ölüb, oğlu xəsarət alıb.

 

Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə bu gün səhər İsmayıllı-Qaraməryəm-Şəki yolunun, Nic qəsəbəsindən keçən hissəsində baş verib.

Oğuzun Kərimli kənd sakini, 1994-cü il təvəllüdlü Pərvin Əsgərovun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Bakı istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Qəza zamanı avtomobildə olan sərnişin, sürücünün atası 1963-cü il təvəllüdlü Əsgərov Bəylər Əlövsət oğlu hadisə yerində ölüb. Sürücü Pərvin Əsgərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az