DƏHŞƏT: Bakıda körpə 7-ci mərtəbədən yıxıldı - hamilə anası da özünü atdı

14:40 - 20 İyun 2022

DƏHŞƏT: Bakıda körpə 7-ci mərtəbədən yıxıldı - hamilə anası da özünü atdı

“Bakı şəhəri, Nizami rayonunda yaşayış binalarının birində 7-ci mərtəbədən 6-cı mərtəbəyə yıxılan körpə və onun ardınca özünü atan anası Kliniki Tibbi Mərkəzə yerləşdirilib”.

 

Manset.az xəbər verir ki, bu barədə Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu məlumat verib.

Onun sözlərinə görə, hər iki şəxsə ilkin tibbi yardım göstərilib, həyatları üçün hər hansı təhlükə yoxdur:

“2020-ci il təvəllüdlü körpədə ümumi səthi travmalar və sıyrıqlar aşkarlanıb. Körpəyə dərhal ultrasəs müayinəsi edilib və hər hansı daxili zədələr aşkarlanmayıb. Hazırda vəziyyəti stabildir.

1995-ci il təvəllüdlü anada müəyyən əzik və kiçik travmalar müşahidə olunub. 20 həftəlik hamilə olan qadına ilkin tibbi yardım göstərilib, ultrasəs müayinəsi edilərək Mərkəzin Doğum-Ginekologiya şöbəsinə köçürülüb. Vəziyyəti kafi qiymətləndirilir”.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Qafqazinfo"ya bildirilib ki, qeyd edilən faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az