Gəncədə parkda hadisə baş verib.
Manset.az Oxu.Az-a istinadən xəbər verir ki, 2010-cu il təvəllüdlü N.Abbasova Gəncə şəhəri Bayraq Meydanı yaxınlığında yerləşən parkda quraşdırılmış elektriklə işləyən karuselin qırılması nəticəsində yıxılaraq sol qabırğalarının sınığı və digər bədən xəsarətləri alıb.
Hazırda xəstəxanaya yerləşdirilən azyaşlının səhhəti normaldır.