Xəbər verdiyimiz kimi ötən gün gecə Sabunçu Rayonu Maştağa qəsəbəsində dəhşətli avtomobil qəzası baş verib.Qəzada "VAZ-2106" ilə "BMW" markalı avtomobillər toqquşub, nəticədə 3 nəfər həlak olub, 1 nəfər isə ağır yaralanıb.
Manset.az dəhşətli qəzanın görüntülərini əldə edib. Qəza anbaan ərazidə olan təhlükəsizlik kamerası ilə qeydə alınıb.
Qeyd edək ki, qəzada dünyasını dəyişən 3 gənc Ələkbərov Orxan, Cavadov Həsən və Musayev Rüstəm Bakının Zabrat qəsəbəsində eyni məhəllədə yaşayıb.