Bakı-Ələt-Qazax magistralında sərnişin avtobusu qəzaya düşdü

10:53 - 07 Avqust 2022

Bakı-Ələt-Qazax magistralında sərnişin avtobusu qəzaya düşdü

Bu gün saat 08:20-də Bakı-Ələt-Qazax magistralında (yanacaqdoldurma məntəqəsinin yaxınlığında) 164 nömrəli marşrut üzrə (99-XZ-173 DQN-li) avtobusun iştirakı ilə yol nəqliyyat hadisəsi olub.

Bu barədə Manset.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Daşıyıcı “BMH” MMC-dən verilən məlumata görə, qəza minik maşınının yanacaqdoldurma məntəqəsindən əsas yola çıxan zaman avtobusu gözləməməsi səbəbindən baş verib.

Hadisə zamanı avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az