Pakistanda bombalı hücum - Çox sayda ölən və yaralanan var

09:44 - 17 Fevral 2026

Pakistanda bombalı hücum - Çox sayda ölən və yaralanan var

Pakistanda təhlükəsizlik qüvvələrinə qarşı bomba yüklü avtomobilə hücum baş verib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 10 nəfər ölüb, 2 nəfər yaralanıb.

Hücumdan sonra yoxlama məntəqəsi dağılaraq bəzi təhlükəsizlik işçiləri dağıntılar altında qalıb. Hücumun kim tərəfindən təşkil edildiyi hələ məlum deyil.

Khyber Pakhtunkhwa vilayətinin Baş naziri Sohail Afridi verdiyi açıqlamada terror hücumunu pisləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az