Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs EDİLDİ

20:33 - 08 Avqust 2022

Bakıda yolu bağlamağa çalışan yük maşınının sürücüsü həbs EDİLDİ

Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib.

Manset.az xəbər verir ki, bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini Mikayılov İsmayıl Eldar oğlu barəsində müvafiq sənədləşmə apaılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib.

O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az