Şəkidə mikroavtobus qəzaya uğradı - YARALILAR VAR

18:44 - 09 Avqust 2022

Şəkidə mikroavtobus qəzaya uğradı - YARALILAR VAR

Şəkidə mikroavtobus qəzaya düşüb.

Manset.az report-a istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Qarameryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Vərəzət kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı marşrut xətti ilə hərəkət edən "Ford" markalı mikroavtobusla "Mercedes" markalı yük avtomobili toqquşub. Qəza nəticəsində mikroavtobusda olan sərnişinlər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az