Kürdəmirdə avtomobil qəzası baş verdi, xəsarət alan var

23:59 - 02 Sentyabr 2021

Kürdəmirdə avtomobil qəzası baş verdi, xəsarət alan var

Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az xəbər verir ki, hadisə Ərəbqubalı kəndində qeydə alınıb.

Sürücü Mürsəliyev İlqar Əbülhəsən oğlu "Mitsubishi" markalı avtomoblə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücünün qardaşı, 44 yaşlı Mürsəliyev Elşən Əbülhəsən oğlu müxtəlif növ bədən xəsarəti alıb. Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az