Zəngəzuda qəribə qəza hadisəsi baş verib. Belə ki, axşam saatlarında avtomobilin yoldan keçən atı vurması nəticəsində sərnişin hadisə yerində ölüb.
Manşet.az “shamshyan”a istinadən xəbər verir ki, hadisə gecə 22.00 radələrində Zəngəzurun Gorus-Şinuayr yolununun 4-cü km-də baş verib.
“VAZ-2106” markalı avtomobilin sürücüsü 62 yaşlı Maisik Martirosyan yolda qarşısına çıxan atı vurub. Avtomobildə olan digər 62 yaşlı Aykuş Xaçyan və at hadisə yerində ölüb.