Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Manşet.az xəbər verir ki, Hadisə rayonun Dəliməmmədli şəhərində qeydə alınıb.
Hərəkətdə olan "VAZ 21011" markalı minik maşını ilə "VAZ 2106 " avtomobil toqquşub. Qəza zamanı 2 nəfər ağır xəsarət alıb. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.