Bakıda daha bir həkim koronavirusdan dünyasını dəyişib.
Manset.az Milli.Az-a istinadən bildirir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, ginekoloq Zemfira İsmayılova vəfat edib.
Qeyd edək ki, Z.İsmayılova Kliniki Tibbi Mərkəzin (Semaşko) Ginekologiya şöbəsinin həkimi olub.