Türkiyənin İstanbul şəhərinin Şişli bölgəsində avtonəqliyyat hadisəsi baş verib.
Manset.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Feriköy məhəlləsində baş verib.
Belə ki, yoxuşdan aşağı gələn avtomobilin sürücüsü idarəetməni itirərək yolun kənarında zibil atmağa çıxan şəxsi vurub.
Hadisə nəticəsində 73 yaşlı Ahmet Tırın başından yaralanıb. O, təcili tibbi yardımla dərhal xəstəxanaya çatdırılıb. Yaralının müalicəsi davam edir.
Hadisə anban ətrafdakı təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.//öklə.az