Bakıda döyülmə hadisəsi baş verib.
Manset.az “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Mübahisə zəminində bir neçə nəfər tərəfindən döyülən 1986-cı il təvəllüdlü Bayramov Daşqın Zülfüqarov oğlu təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sol tərəfli qabırğaların sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.