Gəncədə piyadanı avtomobil vuraraq öldürdü

19:20 - 21 Sentyabr 2021

Gəncədə piyadanı avtomobil vuraraq öldürdü

Gəncə şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Manşet.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı "Hyundai" markalı avtomobil vurub. O, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az