Görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın məhdudlaşdırılıb.
FHN-dən Manset.az-a bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
***
Masallıda bazarın qəsdən yandırıldığı iddia edilir.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə bazarın yeni sahibi Afər Cahangirov deyib.
O, qeyd edib ki, bazarın əvvəlki sahibi ilə aralarında narazılıqlar olub. Bazara təyin olunduqdan sonra qanunsuzluqlara son qoymağa çalışıb, bu isə satıcılarla yeni problemlərin yaranmasına səbəb olub.
“Çox güman ki, yanğın qəsdən törədilib”, - deyə o vurğulayıb.
***
FHN yanğınla bağlı məlumat yayıb.
FHN-dən Manset.az-averilən məlumata görə, qurumun “112” qaynar telefon xəttinə Masallı şəhərində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
***
Masallı şəhərində yerləşən və Köhnə bazar adı ilə tanınan ticarət mərkəzində güclü yanğın başlayıb.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yerinə bir neçə yanğınsöndürmə briqadası cəlb edilib.
Hadisə barədə əlavə məlumat veriləcək.