Gədəbəydə avtomobil işıq dirəyinə çırpıldı, aşdı: 2 nəfər öldü  

23:23 - 07 Oktyabr 2023

Gədəbəydə avtomobil işıq dirəyinə çırpıldı, aşdı: 2 nəfər öldü  

Gədəbəydə ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, hadisə rayonun Qaradağ kəndində qeydə alınıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun sözlərinə görə polis əməkdaşları hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb. İlkin araşdırmalar zamanı məlum olub ki, Bakı şəhər sakini Orxan Allahverdiyevin idarə etdiyi "Nissan" markalı avtomobilin aşması nəticəsində avtomobildə olan sərnişinlər - Bakı şəhər sakinləri, 1997-ci il təvəllüdlü Rasim Gülmmədov və 2003-cü il təvəllüdlü Əli Süleymanlı ölüb, sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az