Bakıda mənzildə qadın meyiti tapıldı

18:24 - 27 Sentyabr 2021

Bakıda mənzildə qadın meyiti tapıldı

Bakıda mənzildə qadın meyiti tapılıb.

Manşet.az xəbər verir ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1953-cü il təvəllüdlü Kupriyanova Nina Yevgenyevnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Araşdırma aparılır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az