Tovuz rayonunda taxıl sahəsində yanğın hadisəsi baş verib.
Manset.az xəbər verir ki, hadisə rayonun Əlimərdanlı kənd ərazisində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.