Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

22:35 - 08 Oktyabr 2021

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var

Goranboyda yol qəzası olub.

Manşet.az xəbər verir ki,  hadisə Şəfəq kəndində qeydə alınıb. "VAZ-21099" markalı avtomobilin digər avtomobillə toqquşması nəticəsində "VAZ-21099"un sürücüsü, 1992-ci il təvəllüdlü R.Namazov xəsarət alıb. Yaralı xəstəxanaya aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qəza nəticəsində digər avtomobildə olan 1 nəfərin də xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Report


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az