Bakıda mənzildə 86 yaşlı qadın meyiti aşkarlandı

17:25 - 09 Oktyabr 2021

Bakıda mənzildə 86 yaşlı qadın meyiti aşkarlandı

Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyindən Manşet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada 1935-ci il təvəllüdlü Kazımova Əzizə Ağahüseyn qızının meyiti aşkarlanıb. 

Meyit aidiyyəti üzrə təhvil verilib. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az